...

Türkiyədə il ərzində 2700-dən çox PKK silahlısı məhv edilib

Dünya xəbərləri Materials 22 İyun 2016 12:30 (UTC +04:00)
İl ərzində Türkiyədə PKK terror təşkilatının 2765 silahlısı məhv edilib.
Türkiyədə il ərzində 2700-dən çox PKK silahlısı məhv edilib

Bakı. Rufiz Hafizoğlu - Trend:

Bu il ərzində Türkiyədə PKK terror təşkilatının 2765 silahlısı məhv edilib.

Bu barədə Trend Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına istinadən məlumat verir.

Ölkə hüdudları kənarında (İraqın şimalı) keçirilən bütün əməliyyatlarda isə 7740 PKK silahlısı məhv edilib.

İl ərzində 779 PKK üzvü saxlanılıb, 776-sı isə güc strukturlarına təslim olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti