Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin Mardin vilayətində polis məntəqəsinə hücum olub. Trend-in DHA agentiyinə istinadən verdiyi məlumata görə, iki polis əməkdaşı həlak olub.
Polis məntəqəsinə hücumun arxasında PKK terror təşkilatının dayandığı bildirilir.
İnsidentdən sonra Türkiyə Silahlı Qüvvələri PKK-ya qarşı əməliyyatlara başlayıb.