...

Rusiya XİN: Xəzərin statusu Qazaxıstandakı sammitə kimi müəyyən edilə bilər

Dünya xəbərləri Materials 8 İyul 2016 11:57 (UTC +04:00)
Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə iş Qazaxıstanda bu il keçirilməsi gözlənilən region ölkələrinin sammitinə kimi başa çata bilər.
Rusiya XİN: Xəzərin statusu Qazaxıstandakı sammitə kimi müəyyən edilə bilər

Bakı. Elçin Hüseynov - Trend:

Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə iş Qazaxıstanda bu il keçirilməsi gözlənilən region ölkələrinin sammitinə kimi başa çata bilər. Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xəzər məsələlərinin çoxtərəfli danışıqları üzrə nümayəndə heyətinin rəhbəri, Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov bildirib.

O qeyd edib ki, Xəzər ölkələri prezidentlərinin Həştərxanda keçirilmiş sonuncu görüşündə tərəflər kompromisləri əks etdirən siyasi bəyanat qəbul ediblər: "Hazırda qarşımızda birgə yanaşmaları hüquqi müstəvidə tərtib etmək məsələsi durur. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya üzərində işin Qazaxıstanda keçiriləcək sammitinə kimi başa çatdırılması realdır".

Xəzər regionu ölkələrinin xarici işlər nazirləri gələn həftə Qazaxıstanda planlaşdırılan görüşdə bu Konvensiya layihəsini müzakirə edəcəklər.

Qeyd edək ki, "Xəzər beşliyinin" (Azərbaycan, İran, Qazaxıstan, Rusiya, Türkmənistan) sammitinin bu il Astanada keçirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti