Bakı. Trend:
Türkiyədə hərbi çevrilişə cəhd nəticəsində ölənlərin sayı 90 nəfərə çatıb. Bu barədə Trend Türkiyənin Milliyet qəzetinə istinadən xəbər verir.
Məlumata görə, 1100 nəfərdən artıq insan xəsarət alıb.
Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd edilib. Hərbi çevrilişə cəhd nəticəsində 17 polis əməkdaşı olmaqla 60 nəfərin həlak olduğu bildirilir. Hərbi çevrilişə cəhdə görə, 1563 hərbçi həbs olunub.