Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 11:43-də yayılıb)
Bakı. Trend:
Yerevanda polis binasını ələ keçirən silahlı şəxslər girov götürdükləri 6 nəfərdən ikisini buraxıblar, lakin təslim olmaqdan imtina edirlər.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Milli Təhlükəsizlik Şurasının bəyanatında deyilir.
Bəyanatda deyilir: "İyulun 18-nə keçən gecədən davam edən uzunmüddətli danışıqların nəticəsində bir polis əməkdaşını və təcili tibbi yardım maşınının sürücüsünü xilas etmək mümkün olub. Həmin silahlı şəxslər təslim olmaq istəmirlər. Girov götürülən şəxslərin həyatı və sağlamlığı hələ də təhlükədədir".