Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyədə Nazirlər Kabineti aparatının Fəthullah Gülən terror təşkilatı ilə əlaqə qurmaqda ittiham edilən 30 əməkdaşı saxlanılıb.
Trend-in "Kanal7" telekanalına istinadən verdiyi məlumata görə, saxlanılanların adları barədə məlumat verilmir.
Saxlanılanların mənzillərində hazırda axtarış aparılır.
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.