...

Ankara: Türkiyə Avropa İttifaqına 2023-cü ilə kimi qəbul edilməlidir

Dünya xəbərləri Materials 19 Avqust 2016 12:40 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) ilə fikir ayrılıqlarına baxmayaraq, yaxın 6 il ərzində - 2023-cü ilədək Türkiyə qurumun üzvü olmaq niyyətindədir.
Ankara: Türkiyə Avropa İttifaqına 2023-cü ilə kimi qəbul edilməlidir

Bakı. Elçin Hüseynov - Trend:

Avropa İttifaqı (Aİ) ilə fikir ayrılıqlarına baxmayaraq, yaxın 6 il ərzində - 2023-cü ilədək Türkiyə  qurumun üzvü olmaq niyyətindədir. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Aİ-də daimi nümayəndəsi Səlim Yenel Almaniyanın "Die Welt" qəzetinə müsahibəsində bildirib.

Diplomat deyib ki, hazırda Aİ-yə üzvlük şərtləri qənaətbəxş deyil, amma bu, dəyişə bilər: "Avropa İttifaqında üzvlük ölkəmin ən yüksək nailiyyəti ola bilər".

S.Yenel bildirib ki, Tükkiyə və Aİ arasında hazırda inamsızlıq hökm sürür: "Biz hesab edirik ki, qarşımızda qoyulan 72 şərti yerinə yetirsək, Aİ bizimlə vizaları ləğv etməyəcək. Biz Aİ-dən zəmanət istəyirik ki, Brüssel razılaşmaya riayət edəcək".

Daimi nümayəndə hesab edir ki, Aİ ilə viza rejimi bu ilin oktyabrında ləğv edilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti