Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 14:12-də yayılıb)
Bakı. Trend:
İstanbuldakı biznes mərkəzlərindən birində baş vermiş yanğın söndürülüb.
Trend-in "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Hazırda yanğının baş vermə səbəbi müəyyənləşdirilir.
X X X
14:12
İstanbulun böyük biznes mərkəzlərindən birində güclü yanğın başlayıb. Bu barədə Trend DHA agentliyinə istinadən məlumat verir.
Yanğının səbəbi hələ müəyyən edilməyib. Hadisə yerinə yanğınsöndürmə briqadaları və xilasedicilər cəlb olunub.
Biznes mərkəzində olan vətəndaşlar təxliyə edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.