...

İran Türkiyəni strateji partnyor adlandırır

Dünya xəbərləri Materials 23 Avqust 2016 17:44 (UTC +04:00)
Ankara Tehran üçün strateji partnyor olaraq qalır.
İran Türkiyəni strateji partnyor adlandırır

Bakı. Elçin Hüseynov - Trend:

Ankara Tehran üçün strateji partnyor olaraq qalır. Trend xəbər verir ki, bu barədə "Sputnik" agentliyinə müsahibəsində İran parlamentinin spikerinin müşaviri Əmir Əbdüllahiyan bildirib.

Müşavir bildirib ki, son 5 il ərzində hər iki tərəf çalışıb ki, Suriyanın taleyi ilə bağlı ziddiyətli movqelər Ankara ilə Tehran arasındakı strateji münasibətlərə təsir etməsin: "Hesab edirəm ki, Tehran və Ankara bu mərhələdə məharətlə diplomatiyadan istifadə ediblər".

Ə.Əbdüllahiyanın sözlərinə əsasən, hər iki tərəf elə bir addım atmayıb ki, Suriya məsələsində ziddiyətləri ön plana çəkərək mövcüd strateji əməkdaşlığın pozulmasına kölgə salsın.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti