...

İtaliyada zəlzələ qurbanlarının sayı artır: 281 ölü (YENİLƏNİB-13)

Dünya xəbərləri Materials 27 Avqust 2016 02:24 (UTC +04:00)
İtaliyanın mərkəzi hissəsində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 247 nəfərə çatıb
İtaliyada zəlzələ qurbanlarının sayı artır: 281 ölü (YENİLƏNİB-13)

Trend-i buradan izləyin

Təfərrüatlar əlavə olunub (ilk xəbər avqustun 24-də saat 06:10-da yayılıb)

Bakı. Trend:

Avqustun 24-nə keçən gecə İtaliyanın mərkəzi hissəsində baş vermiş zəlzələnin qurbanlarının sayı artıb.

Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, ölənlərin sayı 281 nəfərə çatıb.

X X X

20:30

Avqustun 24-nə keçən gecə İtaliyanın mərkəzi hissəsində baş vermiş zəlzələnin qurbanlarının sayı artıb.

Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, Mülki Müdafiə Xidmətinin əməkdaşı İmmakolata Postilyone bildirib ki, ölənlərin sayı 25 nəfərə çatıb, 365 nəfər isə xəsarət alıb.

X X X

08:36

İtaliyanın mərkəzi hissəsində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 247 nəfərə çatıb. Bu barədə Trend "RİA Novosti" agentliyinə istinadən xəbər verir.

X X X

01:46

İtaliyanın mərkəzi hissəsində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 159 nəfərə çatıb. Bu barədə Trend "Reuters" agentliyinə istinadən xəbər verir.

X X X

21:30

Avqustun 24-nə keçən gecə İtaliyanın mərkəzi hissəsində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 120 nəfərə çatıb.

X X X

20:31

Avqustun 24-nə keçən gecə İtaliyanın mərkəzi hissəsində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 84 nəfərə çatıb.

Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

X X X

İtaliyada zəlzələ qurbanlarının sayının artaraq 73 nəfərə çatdığı bildirilir.

Trend-in məlumatına görə, bu barədə İtaliya Mülki Müdafiə Xidmətinin rəsmi nümayəndəsi İmmakolata Postilyone bildirib.

İktin düşənlərin sayı barədə hələ dəqiq məlumat verilmir. Təqribən 100 nəfərin xəsarət aldığı deyilir.

X X X

İtaliyada güclü zəlzələ nəticəsində həlak olanların sayı 63 nəfərə çatıb.

X X X

İtaliyada güclü zəlzələ nəticəsində həlak olanların sayı 37 nəfərə çatıb.

Trend xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Xidməti məlumat yayıb.

X X X

İtaliyanın mərkəzində baş vermiş zəlzələdə ölənlərin sayı 24 nəfərə çatıb.

X X X

İtaliyadakı zəlzələdən sonra Peksar-del-Toronto yaşayış məntəqəsində ən azı 14 nəfər ölüb və təqribən 100 nəfər itkin düşüb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, Amatriçe şəhərinin mərkəzi tam dağıılıb.

X X X

İtaliyada baş verən zəlzələ nəticəsində ən azı 14 nəfərin həlak olduğu bildirilir. Trend-in verdiyi məlumata görə, bu barədə İtaliya KİV-ləri xəbər verib.

X X X

İtaliyada 6,1 bal gücündə zəlzələ baş verib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri L'Akuila şəhərindən 48 km şimalda olub.

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti