...

Frankfurt aeroportunda partlayış təhlükəsi (YENİLƏNİB)

Dünya xəbərləri Materials 31 Avqust 2016 13:06 (UTC +04:00)
Almaniya federal polisi Frankfurt-na-Mayn aeroportunda təxliyə işləri aparır.
Frankfurt aeroportunda partlayış təhlükəsi (YENİLƏNİB)

Bakı. Trend:

Frankfurt-na-Mayn aeroportunda təxliyəyə səbəb təhlükəsizlik nəzarəti zonasını yoxlamasız keçən şəxs olub.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, sərnişinlər təhlükəsizlik nəzarətindən təkrar keçəcəklər.

X X X

Almaniya federal polisi Frankfurt-na-Mayn aeroportunda təxliyə işləri aparır.

Trend-in "Bild" qəzetinə istinadən verdiyi məlumata görə, buna səbəb kimi partlayış təhlükəsinin olması göstərilir.

Nəşrin məlumatına əsasən, qadın sərnişinlərdən biri yoxlanılarkən metal axtaran aparat işə düşüb, həmin sərnişin isə qaçaraq gizlənib. Nəticədə terminallardan birində təxliyənin aparılması barədə qərar qəbul olunub.

Qeyd edək ki, Frankfurt hava limanı Avropada ən iri 4-cü aeroportdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti