Bakı. Trend:
Türkiyə vizasız rejimə keçid üçün Avropa İttifaqının tələbi ilə antiterror qanunvericiliyində dəyişiklik etməyəcək.
Trend Habertürk telekanalına istinadən xəbər verir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım Avroparlamentin rəhbəri Martin Şultsla birgə mətbuat konfransında deyib.
"Bizim terrorla mübarizəmiz həm də Avropanın təhlükəsizliyinin təminatıdır. Terrorla bu cür intensiv mübarizə aparmaq üçün bugünki şəraitdə qanunvericilikdə hansısa dəyişikliyi etmək mümkün deyil. Bu bizim üçün ölüm-dirim məsələsidir".