...

Ermənistanın Baş naziri istefaya getdi (YENİLƏNİB)

Dünya xəbərləri Materials 8 Sentyabr 2016 12:03 (UTC +04:00)

Bakı. Trend:

Ermənistanın Baş naziri Ovik Abramyan öz postunu tərk edb.

Bu barədə Trend "İnterfaks" agentliyinə istinadən məlumat verir.

O. Abramyan bu gün Nazirlər Kabinetinin iclasında qeyd edib: "Mən istefaya gedirəm. Bizə yeni yanaşma və yenidən başlamaq lazımdır. Biz gələcəyi düşünməli və yeni hakimiyyəti formalaşdırmalıyıq".

Ötən gün məlumat yayılmışdı ki, onun yerinə Karen Karapetyan təyin olunacaq. O.Abramyanın isə 2017-ci il parlament seçkilərində Ermənistan Respublika Partiyasının seçkiqabağı qərargahına rəhbərlik edəcəyi deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti