Bakı. Rufiz Hafizoğlu – Trend:
Türkiyə Suriyanın Rəqqa şəhərində təkbaşına hərbi əməliyyata başlaya bilməz.
Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Onun sözlərinə görə, Rəqqa İŞİD-in Suriyadakı əsas bazasıdır. Bu şəhər İŞİD-dən təmizlənməyənə qədər terror təşkilatı Suriya və İraqda qalmaqda davam edəcək.