Bakı. Trend:
Ermənistanın yeni baş naziri Karen Karapetyan ölkə iqtisadiyyatında sürətli dəyişikliyi gözləməməyə çağırıb.
Trend RİA Novosti-yə istinadən xəbər verir ki, K.Karapetyan bu barədə parlamentdə çıxış edib: "Açıq və birbaşa deyirəm ki, iqtisadiyyatımızın vəziyyəti həddən artıq çətindir. Sürətli dəyişiklik gözləmək lazım deyil. Amma biz iqtisadiyyatın inkişaf istiqamətlərini tapacağıq".
Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarqsyan sentyabrın 13-də K.Karapetyanı istefaya getmiş baş nazir Ovik Abramyanın postuna təyin edib.