Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin Aqra vilayətində hərbi hissəyə hücum olub.
Bu barədə Trend "Milliyyət" qəzetinə istinadən məlumat verir.
Silahlı hücum nəticəsində 9 türk hərbçisi həlak olub.
Təxribatın PKK terrorçuları tərəfindən törədildiyi bildirilir.
Hadisədən sonra vilayətdə PKK əleyhinə irimiqyaslı əməliyyatlar başlayıb.