...

Türkiyədə səfirliklərin yaxınlığında terakt törətmək istəyən İŞİD-çilər tutuldu

Dünya xəbərləri Materials 16 Sentyabr 2016 10:03 (UTC +04:00)
Türkiyədə xarici diplomatik korpusların yaxınlığında terror aktı törətməyi planlaşdıran İŞİD terror təşkilatlarının üzvləri saxlanılıb.
Türkiyədə səfirliklərin yaxınlığında terakt törətmək istəyən İŞİD-çilər tutuldu

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyədə xarici diplomatik korpusların yaxınlığında terror aktı törətməyi planlaşdıran İŞİD terror təşkilatlarının üzvləri saxlanılıb.

Bu barədə Trend "Milliyyət" qəzetinə istinadən məlumat verir.

Müəyyən edilib ki, İŞİD-in sentyabrın 17-də Almaniya və Böyük Britaniya səfirliklərinin binasının yaxınlığında terakt törətmək planı varmış.

Qeyd edək ki, ötən gün Britaniyanın Ankaradakı səfirliyinin cümə günü təhlükəsizlik baxımından bağlı olacağı bildirilmişdi.

Buna qədər isə Almaniya da Türkiyədəki diplomatik nümayəndəliyini bağlamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti