...

Azərbaycandakı Rusiya vətəndaşlarının əksəriyyəti hakim partiyaya səs verib

Dünya xəbərləri Materials 19 Sentyabr 2016 12:25 (UTC +04:00)
Azərbaycandakı Rusiya vətəndaşlarının əksəriyyəti hakim "Yedinaya Rossiya"ya səs verib.
Azərbaycandakı Rusiya vətəndaşlarının əksəriyyəti hakim partiyaya səs verib

Bakı. Elmira Tariverdiyeva – Trend:

Azərbaycandakı Rusiya vətəndaşlarının əksəriyyəti hakim "Yedinaya Rossiya"ya səs verib.

Bu barədə Trend Rusiyanın Azərbaycandakı səfirliyinə istinadən məlumat verir.

Səfirlikdən bildiriblər ki, diplomatik korpusda açılmış seçki məntəqəsində 487 Rusiya vətəndaşı səs verib.

Seçkilər mütəşəkkil keçib, şikayət daxil olmayıb. Səsvermənin nəticəsi: "Yedinaya Rossiya" – 283 səs (60%), KPRF – 58 (12%), LDPR – 40 (8,4%), "Yabloko" – 28 (5,9%), "Rodina" – 12 (2,5%).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti