Bakı. Orxan Quluzadə - Trend:
ABŞ-ın Türkiyədəki səfirliyi Qazientep vilayətində terror hadisəsi törədilməsi təhlükəsi barədə öz vətəndaşlarına xəbərdarlıq edib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Hurriyyət" qəzeti diplomatik nümayəndəliyə istinadən xəbər verir.
Məlumatda deyilir ki, terrorçuların hədəfi əcnəbilərin Qaziəntəpdə daha çox olduğu ticarət mərkəzləri və restoranlar ola bilər: "ABŞ vətəndaşlarına imkan daxilində bu yerlərə getməməyi tovsiyə edirik".
Qeyd edək ki, avqustun 21-də həmin vilayətdə törədilmiş terror hadisəsi zamanı 50 nəfər ölüb.