...

Türkiyə SQ Suriyada terrorçuların mövqelərini dağıdıb

Dünya xəbərləri Materials 31 Oktyabr 2016 11:53 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələri “Fərat qalxanı” əməliyyatı çərçivəsində İŞİD terror təşkilatının mövqelərinə 99, PYD (Demokratik İttifaq Partiyası) mövqelərinə isə 4 zərbə endirib.
Türkiyə SQ Suriyada terrorçuların mövqelərini dağıdıb

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyə Silahlı Qüvvələri “Fərat qalxanı” əməliyyatı çərçivəsində İŞİD terror təşkilatının mövqelərinə 99, PYD (Demokratik İttifaq Partiyası) mövqelərinə isə 4 zərbə endirib.

Bu barədə Trend Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının saytına istinadən məlumat verir.

Azad Suriya Ordusu Tell-əl-Həvva və Salve yaşayış məntəqələri üzərində nəzarəti bərpa edib.

Bir neçə gün əvvəl aparılmış hərbi əməliyyatlar zamanı Azad Suriya Ordusunun 6 üzvü həlak olub, 18-i yaralanıb.

Ümumilikdə, “Fərat qalxanı” əməliyyatı başladıqdan bəri Azad Suriya Ordusu Suriyanın 167 yaşayış məntəqəsi üzərində nəzarəti bərpa edib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri avqustun 24-də koalisiya təyyarələrinin dəstəyi ilə Suriyanın Cərablus şəhərinin İŞİD silahlılarından azad edilməsi üçün əməliyyata başlayıb. Bu əməliyyat “Fərat qalxanı” adını alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti