...

Türkiyə İsrailə yeni səfir təyin etdi

Dünya xəbərləri Materials 16 Noyabr 2016 12:52 (UTC +04:00)
Türkiyə İsraillə münasibətlərin normallaşmasından sonra bu ölkədə öz səfirini təyin edib.
Türkiyə İsrailə yeni səfir təyin etdi

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyə İsraillə münasibətlərin normallaşmasından sonra bu ölkədə öz səfirini təyin edib. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Prezidentin sözlərinə görə, bu vəzifəyə Kamal Ökəm təyin olunub. Yeni səfir bu təyinata qədər Türkiyə baş nazirinin xarici siyasət üzrə müşaviri olub.

Xatırladaq ki, ötən gün İsrail Türkiyədə öz səfirini təyin etmişdi. Bu vəzifəyə Eytan Nae təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti