Bakı. Trend:
Kosta-Rikanın mərkəzi hissəsində 5,2 bal gücündə zəlzələ baş verib.
Trend TASS agentliyinə istinadla xəbər verir ki, yeraltı təkanların episentri paytaxt San-Hose şəhərindən 30 kilometr aralıda, ocağı isə 5 kilometr dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.