...

Lavrov: Suriyada 80 ölkədən on minlərlə terrorçu döyüşür

Dünya xəbərləri Materials 14 Dekabr 2016 15:40 (UTC +04:00)
Suriyada 80-dan çox ölkədən on minlərlə şəxs döyüşür. Söhbət terrorçulardan gedir.
Lavrov: Suriyada 80 ölkədən on minlərlə terrorçu döyüşür

Bakı. Trend:

"Suriyada 80-dan çox ölkədən on minlərlə şəxs döyüşür. Söhbət terrorçulardan gedir".

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Nazir qeyd edib ki, ardıcıl 6 ildir Suriyada faciə yaşanır:

"Təqribən ilyarım əvvəl ölkə paytaxtının terrorçular tərəfindən ələ keçirilməsi təhlükəsi var idi. Həmin vaxt qanuni hakimiyyətin xahişi ilə Rusiya öz Hərbi Kosmik Qüvvələrinin bölmələrini terrorçularla mübarizə üçün Suriya ordusuna kömək göstərməyə göndərdi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti