...

Çeçenistanda xüsusi əməliyyat: 7 silahlı məhv edilib

Dünya xəbərləri Materials 18 Dekabr 2016 21:42 (UTC +04:00)
Çeçenistanda silahlılara qarşı keçirilən xüsusi əməliyyat nəticəsində 7 nəfər məhv edilib
Çeçenistanda xüsusi əməliyyat: 7 silahlı məhv edilib

Bakı. Trend:

Çeçenistanda silahlılara qarşı keçirilən xüsusi əməliyyat nəticəsində 7 nəfər məhv edilib, daha 4 nəfər isə saxlanılıb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov "İnstaqram" səhifəsində yazıb.

Kadırov bildirib ki, hazırda məhv edilən silahlıların şəxsiyyəti müəyyən edilir.

Çeçenistan rəhbəri qeyd edib ki, hazırda Respublikada vəziyyət tamamilə sabitdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti