...

Türkiyə və Qətər arasında 7 saziş imzalanıb

Dünya xəbərləri Materials 18 Dekabr 2016 22:20 (UTC +04:00)
Qətərin əmiri Təmim bin Həməd Al Taninin Türkiyə səfəri çərçivəsində iki ölkə arasında təhsil, səhiyyə, maliyyə, kommunikasiya, ticarət, gömrük, həmçinin mədəniyyət və idman sahəsində əməkdaşlığı əhatə edən 7 saziş imzalanıb
Türkiyə və Qətər arasında 7 saziş imzalanıb

Ankara. Atilla Caner - Trend:

Qətərin əmiri Təmim bin Həməd Al Taninin Türkiyə səfəri çərçivəsində iki ölkə arasında təhsil, səhiyyə, maliyyə, kommunikasiya, ticarət, gömrük, həmçinin mədəniyyət və idman sahəsində əməkdaşlığı əhatə edən 7 saziş imzalanıb.

Trend-in məlumatına görə, imzaatma mərasimi Türkiyənin Trabzon vilayətində baş tutub.

Türkiyə Statistika İnstitutunun (TUİK) açıqladığı rəqəmlərə görə, Türkiyə və Qətər arasında əmtəə dövriyyəsi 2016-cu ilin üçüncü rübünün yekunlarına görə 5,6 milyard dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti