...

Fransada 50 avtomobil toqquşdu, yaralılar var

Dünya xəbərləri Materials 20 Dekabr 2016 15:43 (UTC +04:00)
Fransanın qərbində Vandeya rayonunda 50 avtomobilin toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Fransada 50 avtomobil toqquşdu, yaralılar var

Bakı. Trend:

Fransanın qərbində Vandeya rayonunda 50 avtomobilin toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Trend bu barədə RİA Novosti-yə istinadən məlumat verir.

"France Bleu" radiosunun verdiyi məlumata görə, qəza yola çökmüş qatı duman səbəbindən baş verib.

Hazırda yolda hərəkət hər iki istiqamət üzrə bağlanıb.

"Frans Press" agentliyinin verdiyi məlumata görə, hadisə nəticəsində çox sayda yaralı var. Hadisə yerində xilasedicilər və polis işləyir.

Xəbər lenti

Xəbər lenti