Ankara. Atilla Caner - Trend:
Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) Suriyanın Əl-Bab bölgəsində İŞİD terror qruplaşmasına qarşı əməliyyatları dayandırıb.
Bu barədə Trend-ə ölkənin hərbi mənbələri məlumat verib.
Hərbi hava əməliyyatlarının dayandırılmasına səbəb kimi əlverişsiz hava şəraiti göstərilir.
Artıq iki gündür Türkiyə HHQ Əl-Babda əməliyyat keçirmir.
Xatırladaq ki, bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əl-Bab şəhərinin İŞİD-çilərdən azad edilməsi üçün əməliyyatların yekun mərhələdə olduğunu bildirmişdi.