...

İran və Çin birləşir ki...

Dünya xəbərləri Materials 10 Yanvar 2017 10:47 (UTC +04:00)
31 milyon dollar investisiya tələb edən bu park İranda ilk birgə sənaye parkı olacaq.
İran və Çin birləşir ki...

Bakı. Elmira Tariverdiyeva - Trend:

İran və Çin Hörmüzgan əyalətinin Cask liman şəhərinin cənub hissəsində birgə sənaye parkı yaradacaqlar.

Trend-in IRNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu əyalətin qubernatoru Casem Caderi deyib.

Onun sözlərinə görə, sənaye parkı İranın özəl sektorunun iştirakı ilə 2000 hektar sahədə inşa olunacaq.

Qubernator əlavə edib ki, 31 milyon dollar investisiya tələb edən bu park İranda ilk birgə sənaye parkı olacaq.

Qeyd edək ki, İran hakimiyyəti Caskı neft ixracı üzrə iqtisadi və sənaye mərkəzinə çevirməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti