...

Rusiya və Türkiyə memorandum imzaladılar - Nə haqqında?

Dünya xəbərləri Materials 12 Yanvar 2017 21:47 (UTC +04:00)
Rusiya Müdafiə Nazirliyi və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Suriyada hərbi əməliyyatlar zamanı hava uçuşlarının təhlükəsizliyinin təmin edilməsi və insidentlərin qarşısı alınması haqqında memorandum imzalayıblar
Rusiya və Türkiyə memorandum imzaladılar - Nə haqqında?

Bakı. Trend:

Rusiya Müdafiə Nazirliyi və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Suriyada hərbi əməliyyatlar zamanı hava uçuşlarının təhlükəsizliyinin təmin edilməsi və insidentlərin qarşısı alınması haqqında memorandum imzalayıblar.

Trend bu barədə "RİA Novosti"yə istinadən məlumat verir.

Memorandumun cümə axşamı Rusiya Müdafiə Nazirliyində imzalandığı bildirilir. Sənəd Suriya ərazisində terrorçuların mövqelərinə zərbələr zamanı Rusiya və Türkiyə aviasiyasının qarşılıqlı fəaliyyət və koordinasiya mexanizmini müəyyən edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti