...

İstanbul terrorunda şübhəli bilinən 2 nəfər saxlanılıb

Dünya xəbərləri Materials 13 Yanvar 2017 21:00 (UTC +04:00)
Türkiyədə İstanbul terrorunu törədən şəxslə əlaqədə olduğu ehtimal edilən iki nəfər saxlanılıb.
İstanbul terrorunda şübhəli bilinən 2 nəfər saxlanılıb

Bakı. Trend:

Türkiyədə İstanbul terrorunu törədən şəxslə əlaqədə olduğu ehtimal edilən iki nəfər saxlanılıb.

Trend "Haberturk" telekanalına istinadən xəbər verir ki, saxlanılanlar uyğur əsilli Çin vətəndaşı Ömər Asim və Abulezi Abduhamitidir.

Saxlanılanlar İstanbul məhkəməsinə gətirilib.

Qeyd edək ki, yeni il gecəsi İstanbulun Reina klubunda baş verən terror hadisəsində 39 nəfər ölüb, 69 nəfər yaralanıb.

Terrora görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti