Bakı. Trend:
Argentinanın paytaxtında yerləşən "Xorxe Nyuberi" hava limanında yanğın baş verib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində sərnişinlər və personal təxliyyə edilib.
Hava limanının işi müvəqqəti dayandırılıb.
"Xorxe Nyuberi"yə enməli olan təyyarələr Buenos-Ayresin ətrafında yerləşən "Eseysa" hava limanına yönəldilir.
Yanğın nəticəsində xəsarət alanlar barədə məlumat daxil olmayib. Hazırda səbəblər araşdırılır.