...

Pakistanda partlayışda 20-dən artıq adam ölüb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 21 Yanvar 2017 11:27 (UTC +04:00)
Səhər saatlarında Pakistanın şimal-qərbində Kurram vilayətində tərəvəz bazarında partlayış baş verib.
Pakistanda partlayışda 20-dən artıq adam ölüb (YENİLƏNİB)

İlk xəbər saat 10:25-də yayımlanıb

Bakı. Trend:

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Pakistanın şimal-qərbində Kurram vilayətində tərəvəz bazarında baş verən partlayış nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.

X X X

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Pakistanın şimal-qərbində Kurram vilayətində tərəvəz bazarında baş verən partlayış nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

X X X

Səhər saatlarında Pakistanın şimal-qərbində Kurram vilayətində tərəvəz bazarında partlayış baş verib. Trend-in Pakistan KİV-ə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində azı 12 nəfər ölüb, 30-dan artıq yaralı var.

İnsident Paraçinar şəhərində baş verib. Polisin verdiyi məlumata görə, partlayış əldədüzəltmə partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib.

Hələ ki, partlayışın məsuliyyətini Pakistanda mövcud olan ekstremist qruplardan heç biri öz üzərinə almayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti