Bakı. Trend:
İtaliyanın Abrutso vilayətində hotelin qar uçqunu altında qalması nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.
Bu barədə Trend "RaiNews24" telekanalına istinadən məlumat verir.
Ötən gecə xilasedicilər dağıntılar altında daha 3 meyit çıxarıblar.
Hazırda 8 nəfər itkin düşmüş hesab edilir.
Qeyd edək ki, yanvarın 18-də Abrutso vilayətinin Farindola qəsəbəsinin yaxınlığında Qran-Sasso dağ massivinda qar uçqunu baş verib. 40 nəfərin qaldığı "Rigopiano" hoteli qar uçqununun altında qalıb.