Bakı. Orxan Quluzadə - Trend:
ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarını terror təhlükəsi ilə əlaqədar Türkiyəyə səfər etməməyə çağırır.
Trend bu barədə ABŞ Dövlət Departamentinə istinadən məlumat verir.
Departament ABŞ vətəndaşlarını əsasən Türkiyənin cənub-şərq vilayətlərinə səfər etməməyə, səfər edəcəkləri halda isə insanların kütləvi şəkildə olduğu yerlərdən, eləcə də məşhur turizm mərkəzlərindən uzaq olmağa çağırıb.
Bundan başqa, Dövlət Departamenrti İstanbula və Türkiyənin cənub-şərq vilayətlərinə rəsmi səfərlərin sayını azaldıb.