...

Ərdoğan Trampla görüşmək istəyir

Dünya xəbərləri Materials 27 Yanvar 2017 11:49 (UTC +04:00)
"Hazırda bizim strateji əlaqələrimiz yaxşıdırmı? Xeyr".
Ərdoğan Trampla görüşmək istəyir

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara-Vaşinqton münasibətlərini yaxşılaşdırmaq məqsədilə ABŞ Prezidenti Donald Trampla görüşmək niyyəti olduğunu bəyan edib.

Bu barədə Trend "Hürriyyət" qəzetinə istinadən məlumat verir.

Dövlət başçısı qeyd edib: "Mən cənab Trampla görüşməyi arzulayıram. Danışıqların əsas mövzusu Türkiyə-ABŞ münasibətlərinin qiymətləndirilməsi olacaq. Hazırda bizim strateji əlaqələrimiz yaxşıdırmı? Xeyr. Biz bu əlaqələri yaxşılaşdırmalıyıq".

Bundan başqa, R.T.Ərdoğan amerikalı həmkarı ilə Fəthullah Gülənin ekstradisiyası məsələsini də müzakirə etmək istədiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti