Bakı. Trend:
İstanbulun Beykoz rayonunda restoranların birində silahlı hücum baş verib.
Trend-in məlumatına görə, silahlı şəxs atasını öldürdüyünü iddia etdiyi şəxsə dəfələrlə atəş açıb.
Hadisə nəticəsində 1 nəfər həlak olub, daha iki nəfər yaralanıb.
Hücum edən şəxs qısa müddət sonra polis tərəfindən saxlanılıb.