Bakı. Trend:
ABŞ-ın Delaver ştatındakı həbsxanada məhbuslar nəzarətçiləri girov götürüblər.
Trend-in məlumatına görə, əvvəlcə 4 həbsxana nəzarətçisini girov götürən məhbuslar sonradan onların 2-ni sərbəst buraxıblar.
Məhkumlar həbsxanadakı şəraitə və Donald Trampın prezident olmasına etiraz etdiklərini bildirirlər.
Bəzi məhbusların təxliyə edildiyi, giriş-çıxışlarının bağlandığı həbsxanada etiraz davam edir.