Bakı. Trend:
Vəzifəsinin icrasından müvəqqəti uzaqlaşdırılmış Cənubi Koreya prezidenti Pak Kın He bu həftə korrupsiya qalmaqalı ilə bağlı sorğu-sual oluna bilər.
Trend bildirir ki, istintaq üzrə sorğu-sualın bu həftənin sonunda keçirilməsi gözlənilir. Prosesin, təhlükəsizliyinin təmin edilməsi məqsədilə prezidentin iqamətgahında keçirilməsi nəzərdə tutulur.
Əgər bu sorğu-sual baş tutarsa bu, Cənubi Koreya tarixində ilk belə hadisə olacaq.