Bakı. Trend:
Rusiya prezidenti Vladimir Putin "Türk axını" ilə bağlı müqavilənin ratifikasiyası haqqında qanun imzalayıb.
Trend bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.
Dövlət Duması müqaviləni yanvarın 20-də ratifikasiya etmişdi.
Rusiya və Türkiyə "Türk axını" qaz kəmərinin tikintisinə dair hökumətlərarası sazişi ötən ilin oktyabrında imzalayıblar.