...

Texas silsilə qasırğanın əlində qalıb

Dünya xəbərləri Materials 15 Fevral 2017 09:26 (UTC +04:00)
Texas ştatının iri şəhərlərindən olan Hyuston şəhəri sahillərinə silsilə qasırğa yaxınlaşıb.
Texas silsilə qasırğanın əlində qalıb

Bakı. Trend:

Texas ştatının iri şəhərlərindən olan Hyuston şəhəri sahillərinə silsilə qasırğa yaxınlaşıb.

Trend-in məlumatına görə, yerli hidrometerioloji idarənin verdiyi məlumata görə, qasırğa barədə xəbərdarlıq verib. Güclü qasırğa şəhərdə elektrik təchizatına ziyan vurub, 4 ev tamam dağılıb. Güclü qasırğanın ardınca zəif qasırğalar da qeydə alınıb.

Ümumilikdə ştatda qasırğalardan azı 6 nəfərin müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanalarda yerləşdirildiyi barədə məlumat verilib.

Daha öncə ABŞ-ın cənubunda Luiziana ştatında silsilə qasırğalar nəticəsində 30 nəfər xəsarət almışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti