...

Səudiyyə Ərəbistanına ballistik raket atdılar - Yəməndən

Dünya xəbərləri Materials 16 Fevral 2017 11:21 (UTC +04:00)
Səudiyyə Ərəbistanına Yəmən tərəfdən iki ballistik raket atılıb.
Səudiyyə Ərəbistanına ballistik raket atdılar - Yəməndən

Bakı. Trend:

Səudiyyə Ərəbistanına Yəmən tərəfdən iki ballistik raket atılıb.

Trend-in SPA agentliyinə istinadən verdiyi məlumata görə, hər iki raket zərərsizləşdirib.

Husilərə məxsus "Əl-Məsirə" telekanalı isə Səudiyyə Ərəbistanının Əbhə hava limanına atılan ballistik raketlərin hədəfə çatdığını iddia edir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı-Yəmən sərhədində silahlı qarşıdurmalar nəticəsində fevralın 1-dən etibarən 17 hərbçi həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti