Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp bəzi Amerika KİV-lərini yalan xəbər yazmaqda ittiham edərək xalqın düşməni adlandırıb.
Trend-in məlumatına görə, ABŞ prezidenti bu barədə özünün Twitter səhifəsində yazıb: "Yalan xəbər yayan KİV-lər (The New York Times, NBC, ABC, CBS, CNN) - mənim yox, xalqın düşmənidirlər".
Qeyd edək ki, D.Tramp dəfələrlə Amerika KİV-lərini yalan informasiyalar yazmaqda ittiham edərək qınayıb.