Bakı. Trend:
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitaliy Çurkin qəflətən Nyu-Yorkda vəfat edib.
Trend-in məlumatına görə, bu barədə Rusiya XİN-i məlumat yayıb.
Vitaliy Çurkin 65 yaşının tamam olmasına bir gün qalmış dünyasını dəyişib. Rusiya XİN-i diplomatın doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Qeyd edək ki, Çurkin 1974-cü ildən diplomatik işdə olub. 2006-cı ildən isə o, Rusiyanın BMT-dəki daimi nümayəndəsi vəzifəsində çalışıb.