Bakı. Trend:
Əfqanıstanın Hilmənd vilayətində "Taliban" radikal hərəkatının döyüşçülərinin hücumu nəticəsində ən azı 11 polis əməkdaşı həlak olub.
Trend-in məlumatına görə, hücum Ləşkərgah şəhərində polis dairəsinin yaxınlığında qeydə alınıb.
Yerli hakimiyyət terror aktının arxasında "Taliban" hərəkatının dayandığını təsdiq edib.