...

ABŞ Küveytə qoşun yerləşdirir? - Pentaqonun cavabı

Dünya xəbərləri Materials 10 Mart 2017 21:34 (UTC +04:00)
ABŞ Suriya və İraqda İŞİD terror qruplaşmasına qarşı mübarizə məqsədilə Küveytdə min hərbçinin ehtiyat qüvvə olaraq yerləşdirmək barədə qəbul etməyib.
ABŞ Küveytə qoşun yerləşdirir? - Pentaqonun cavabı

Bakı. Trend:

ABŞ Suriya və İraqda İŞİD terror qruplaşmasına qarşı mübarizə məqsədilə Küveytdə min hərbçinin ehtiyat qüvvə olaraq yerləşdirmək barədə qəbul etməyib. Trend-in məlumatına görə, belə bir açıqlama ilə Pentaqonun nümayəndəsi Kristofer Şervur çıxış edib.

Qeyd edək ki, bir müddət öncə bəzi KİV-lərdə Tramp Administrasiyasının Küveytə min hərbçinin göndərilməsi imkanını araşdırması barədə məlumat yayılmışdı.

Pentaqon nümayəndəsi məhz həmin informasiyalarla bağlı bildirib ki, belə bir qərar yoxdur: "Əlavə qoşun yerləşdirilməsi barədə heç bir qərar yoxdur. Hazırda biz İŞİD-in məhv edilməsi üzrə əməliyyatların sürətləndirilməsi üçün bir neçə variantını nəzərdən keçiririk".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti