...

Türkiyə Niderland tərəfindən beynəlxalq hüququn pozulması barədə BMT-yə məlumat verib

Dünya xəbərləri Materials 16 Mart 2017 04:19 (UTC +04:00)
Türkiyə Niderland tərəfindən beynəlxalq hüququn pozulması barədə BMT-yə məlumat verib
Türkiyə Niderland tərəfindən beynəlxalq hüququn pozulması barədə BMT-yə məlumat verib

Bakı. Trend:

Türkiyə Niderland tərəfindən beynəlxalq hüququn pozulması barədə BMT-yə məlumat verib.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, Türkiyə Niderlandı Vyana konvensiyasının pozulmasında ittiham edir.

Qeyd edək ki, Niderland hakimiyyəti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsini ölkəyə buraxmayıb. Nazir Türkiyə vətəndaşlarını aprelin 16-da keçiriləcək referendumla ölkə konstitusiyasına nəzərdə tutulmuş dəyişikliklər barədə məlumatlandırmaq üçün Rotterdamda mitinqdə iştirak etmək istəyirdi.

Bundan sonra Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Qaya yerüstü nəqliyyat vasitəsilə gələrək mitinqdə iştirak etməyə cəhd edib. Lakin Niderland DİN-in əməkdaşları yolu bağlayıb, hakimiyyət isə naziri "arzuolunmaz şəxs" elan edərək ölkədən çıxarıb.

Bununla əlaqədar olaraq Türkiyə XİN Niderland tərəfinə nota ünvanlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti