...

Dövlət Departamenti KXDR-i təxribatdan uzaq durmağa çağırıb

Dünya xəbərləri Materials 24 Mart 2017 01:41 (UTC +04:00)
ABŞ-ın Dövlət Departamenti Koreya Xalq Demokratik Respublikasını (KXDR) təxribatdan uzaq durmağa çağırıb
Dövlət Departamenti KXDR-i təxribatdan uzaq durmağa çağırıb

Bakı. Trend:

ABŞ-ın Dövlət Departamenti Koreya Xalq Demokratik Respublikasını (KXDR) təxribatdan uzaq durmağa çağırıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Dövlət Departamenti Şimali Koreyanın növbəti dəfə ballistik raket buraxdığından sonra bəyan edib.

"Bu KXDR tərəfindən daha bir təxribat addımıdır. Əlbəttə, biz bunu ən ciddi şəkildə pisləyirik", - Dövlət Departamentinin rəsmi nümayəndəsinin səlahiyyətlərini icra edən Mark Toner deyib.

Qeyd edək ki, ABŞ çərşənbə günü KXDR tərəfindən uğursuz ballistik raket buraxılışını qeydə alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti