Bakı. Trend:
Rusiyada, Kamçatka vilayətinin şərqində 5,2 bal gücündə zəlzələ baş verib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Petropavlosk-Kamçatskdan 305 kilometr aralıda, ocağı isə 61 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.