...

Somalinin cənubunda mikroavtobus partlayıb: 10 ölü

Dünya xəbərləri Materials 7 Aprel 2017 01:02 (UTC +04:00)
Somalinin cənubundan Aşağı Şabelle regionunda mikroavtobusun partlaması nəticəsində 10 nəfər ölüb, daha bir neçə nəfər yaralanıb
Somalinin cənubunda mikroavtobus partlayıb: 10 ölü

Bakı. Trend:

Somalinin cənubundan Aşağı Şabelle regionunda mikroavtobusun partlaması nəticəsində 10 nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.

Trend-in verdiyi məlumata görə, hücum paytaxt Moqadişodan 110 km cənub-qərbdə, Əl-Qaidə ilə bağlı olan Əl-Şabaab qruplaşmasının nəzarət etdiyi Qolveyn kəndində baş verib.

Bulamar hərbi dairəsindən olan polkovnik Həsən Mohamməd deyib: "Biz sakinlərdən təsdiq aldıq ki, aprelin 6 Qolveyn kəndində mikroavtobusun yolun kənarında olan bombaya çırpılması nəticəsində ən azı 10 mülki şəxs həlak olub, daha 10 nəfər yaralanıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti