...

Ermənistanda seçki qalmaqalı - Sabiq prezident nəticələrin ləğvini istəyir

Dünya xəbərləri Materials 14 Aprel 2017 18:37 (UTC +04:00)
Ter-Petrosyanın rəhbərlik etdiyi "Ermənistan Milli Konqresi" müxalifət bloku parlament seçkilərinin nəticələrinin ləğv edilməsi barədə Konstitutsiya Məhkəməsinə ərizə ilə müraciət edib.
Ermənistanda seçki qalmaqalı - Sabiq prezident nəticələrin ləğvini istəyir

Bakı. Trend:

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi "Ermənistan Milli Konqresi" müxalifət bloku parlament seçkilərinin nəticələrinin ləğv edilməsi barədə Konstitutsiya Məhkəməsinə ərizə ilə müraciət edib.

Trend-in məlumtına görə, Ermənistanda parlament seçkiləri aprelin 2-də keçirilib.

Ərizə ilə məhkəməyə müraciət edilməsi barədə KİV-ə blok adından çıxış edən vəkil Tiqran Yeqoryan məlumat verib. O deyib ki, Alyans adından məhkəməyə müraciət edilib: "Biz hesab edirik ki, aprelin 2-də keçirlən seçkilərdə hökumət əsas prinsipləri - sərbəst iradə və gizli səsvermə prinsiplərini pozub. İnzibati resurslardan istifadə edilib".

Xəbər lenti

Xəbər lenti